Kir Starmer: NATO bu sammitdən daha güclü və daha birləşmiş çıxdı

09.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Ankarada keçirilən 36-cı NATO Zirvəsindən sonra ittifaq daha güclü və daha da birləşib.

Məlumatı “Anadolu” yayıb. 

Starmer Britaniyanın “Sky News” televiziya kanalına verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın da sammiti konstruktiv adlandırdığını qeyd edib. Baş nazir bildirib: “NATO bu sammitdən daha güclü və daha birləşmiş şəkildə çıxdı”.

Starmerin sözlərinə görə, Böyük Britaniya son iki ildə müdafiə xərclərini ikiqat artırıb və onun nüvə potensialı bütün NATO müttəfiqlərinin kollektiv təhlükəsizliyinə töhfə verməyə hazırdır.

“Yaxşı bir zirvə görüşü idi. Biz birliyi qorumaq istəyirdik və buna nail olduq. Bu, xüsusilə Ukrayna və İran ətrafında davam edən gərginlik nəzərə alınmaqla vacibdir”, - deyə o vurğulayıb.

Trampın tənqidlərinə münasibət bildirən Starmer ABŞ lideri ilə yaxşı münasibətlər saxladığını söyləyib: “Biz həmişə yaxşı yola gedirik. Siyasətdə yaxşı münasibətlər çox vacibdir. ABŞ və Böyük Britaniya arasında strateji ittifaq çox vacibdir. Müdafiə, təhlükəsizlik və kəşfiyyat sahələrində gecə-gündüz əməkdaşlıq edirik. NATO üzvləri tərəfindən gücləndirilən Transatlantik əməkdaşlıq təşkilatıdır. Böyük Britaniya Baş nazirinin ABŞ Prezidenti ilə yaxşı münasibətləri olması vacibdir”. 

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью