Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər

19.04.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 19 aprel, AZƏRTAC

Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

AZƏRTAC Baş Nazirliyin ofisinə istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər. Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib.

Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью