Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Britaniya mediasının Kir Starmerin istefası halında potensial baş nazir namizədi olacağını bildirdiyi Mançesterin meri Endi Börnemin parlament seçkilərində iştirakına qadağa qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
“Hakim Leyborist Partiyasının Milli İcraiyyə Komitəsi (NEC) Endi Börnemin Qorton və Denton əlavə seçkilərində iştirakının qarşısını alıb”, – deyə qeyd edilib.
Məlumata görə, 24 yanvarda Börnem Mançesterdəki seçki dairəsində Leyborist Partiyasının namizədi kimi İcmalar Palatasına əlavə seçkilərdə iştirak etmək istədiyini bildirib. Lakin leyboristlərin Milli İcra Komitəsi onun namizədliyini bloklayıb.
Bornemin İcmalar Palatasına seçkilərə buraxılmaması ilə bağlı qərar, onun parlamentə seçildikdən sonra Leyborist Partiyasının lideri və Birləşmiş Krallığın baş naziri postlarında Kir Starmeri devirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir:
“Digər səbəb kimi isə onun Vestminsterə getməsi halında Böyük Mançester merliyi üzrə yeni seçkilərin keçirilməsinin zəruriliyi göstərilir. Bildirilir ki, həmin seçkilərdə hakim partiyanın namizədinin qələbəsi zəmanətli deyil və bu proses “iqtisadi baxımdan baha başa gələcək”.
Əliyar Xəlil
Globalinfo.az