Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Endi Börnhem istefa verən Böyük Britaniyanın Baş naziri Kir Starmerin yerinə Leyborist Partiyasının yeni lideri seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Börnhem partiya lideri kimi ilk çıxışında bu vəzifənin onun üçün böyük qürur mənbəyi olduğunu bildirib.
"Bu gün mənə və ailəmə qürur və duyğu dolu an yaşatdınız. Mən bu məsuliyyətə hazıram", - deyə o vurğulayıb.
Yeni lider çıxışında Kir Starmerə fəaliyyətinə görə təşəkkür edib və onun müəyyən etdiyi siyasi kursu davam etdirmək və daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Endi Börnhem iyulun 9-da Ukraynadakı münaqişənin Böyük Britaniyada qiymət artımına səbəb olduğunu bildirmiş, buna baxmayaraq, Londonun Kiyevə dəstəyini davam etdirəcəyini qeyd etmişdi.
Aminə ŞAHSUVARQIZI