Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. London, 4 sentyabr, AZƏRTAC Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, hadisə siyasətçinin həmin mənzillə bağlı vergi məsələsi gündəmə gəldikdən sonra baş verib.
Məlumata görə, dəyəri 800 min funt sterlinq olan mənzilin divarlarına “Vergidən yayınan Reyner” ifadələri yazılıb.
Digər bir yazıda isə təhqiredici sözlər qeyd olunub.Xatırladaq ki, Ancela Reyner bu həftə Hovdakı mənzillə bağlı 40 min funt sterlinq vergi ödəmədiyini etiraf edib və bundan sonra hökumətin etika nəzarət orqanına özü müraciət edib.
Məsələ ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Mühafizəkarlar Partiyası isə Baş naziri A. Reyneri vəzifədən uzaqlaşdırmağa çağırıb.
Aytən AbbaslıAZƏRTAC-ın xüsusi müxbiriLondon Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.