Kirakosyan 26 ay həbs cəzası aldı

05.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ-ın Texas ştatının Ostin şəhərindəki federal məhkəmə Ermənistan vətəndaşı Kamo Kirakosyanı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə 26 ay müddətinə həbs cəzasına məhkum edib. Prokuror Castin R.Simmons məhkəmə iclası zamanı bildirib ki, Kirakosyan ABŞ hökumətinin icazəsi və ya lisenziyası olmadan Rusiyaya sanksiya tətbiq edilmiş malların ixracı məqsədilə cinayətkar sövdələşmədə iştirak edib. Ostindəki federal məhkəmə Ermənistan vətəndaşı Kamo Kirakosyanı Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 26 ay müddətinə həbs cəzasına məhkum edib. Kirakosyan 2024-cü ilin iyul ayında Almaniyada saxlanılıb və 2025-ci ilin avqust ayında ABŞ-a ekstradisiya edilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью