Kirayə bazarında bahalaşmanın səbəbi nədir?

16.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin sentyabr ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin sentyabr ayının yekunu ilə müqayisədə 5,7 %, avqustun sonuna nisbətən isə 1,9 % çox olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Bundan başqa, kirayə mənzil bazarında aylıq artım yeni tikililərdə 3,1 %, köhnə tikililərdə isə 1,1 % olub.

Bəs kirayə mənzil qiymətlərinin artmasına səbəb nədir? 

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kirayə mənzil bazarında qiymətlərin artmasının əsas səbəbi regionlardan Bakıya köçün dayanmamasıdır:

“Azərbaycanda kirayə mənzil bazarında qiymətlərin artması deyəndə Bakı və Abşeron əraziləri nəzərdə tutulur. Digər yerlərdə belə bir problem yoxdur. Sosial, mədəni və iqtisadi imkanların hamısının Bakıda və Abşeronda cəmləşməsi əhali artımını daha da sürətləndirən faktora çevrilir. Bakıya köçən əhali mənzil ala bilmir, çünki mənzillər çox bahadır”.

İqtisadçı qeyd edib ki, mənzillərin baha olması insanları kirayə bazarına yönəldir və nəticədə burada da qiymət artımları müşahidə olunur.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью