Kirayə ev axtaranlara DİN dən TƏCİLİ XƏBƏRDARLIQ

28.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili İşlər Nazirliyi tələbələrə dələduzluğa məruz qalmamaları ilə bağlı müraciət edib.

Bu barədə"Yeni Sabah"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni tədris ilinin başlamasına az müddət qaldığından paytaxtda və ölkənin müxtəlif bölgələrində təhsil alacaq tələbələrin kirayə mənzil axtarışı da artıb: Marqarita pizza

"Bu vəziyyətdən istifadə edən dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar.

Belə hallarda dələduzlar adətən mənzilin münasib qiymətə kirayə verildiyini bildirir, evi “saxlamaq” adı ilə əvvəlcədən beh tələb edirlər. Vətəndaş pul vəsaitini göndərdikdən sonra isə elan sahibi ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə və mesajlara cavab verilmir.

Bir daha vətəndaşlara, xüsusilə tələbələrə çağırış edərək mənzili görmədən, elan sahibinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən heç bir halda əvvəlcədən pul vəsaiti göndərilməsin.

Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərə, “təcili beh göndərin”, “başqa müştəri gözləyir” kimi ifadələrlə vətəndaşı tələsdirən şəxslərə qarşı xüsusilə diqqətli olmaq tövsiyə olunur.

Belə hal ilə qarşılaşdıqda isə dərhal polisə məlumat verin".

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью