“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı Video

12.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vanda keçirdikləri toyla gündəmə gələn Mehmet Fatih Tançalan və sosial media fenomeni olan həyat yoldaşı Çağla Öz Tançalan barəsində başladılan araşdırma davam edir.

Axşam.az xəbər verir ki, çirkli pulların yuyulması ittihamı ilə həbs edilən "Vanlı Kara Haydar" kimi tanınan Mehmetin "Toy üçün kirayə götürmüşük" dediyi qızıllar bir evin odunluğunda tapılıb.

Əməliyyat istintaq çərçivəsində Muradiyə rayonundakı bir ünvanda gerçəkləşib. Qızıllar evin odunluq hissəsindəki çamadanın içində olub.

66 bilərzik, qızıl olduğu ehtimal edilən boyunbağı, xarici valyuta və müxtəlif zinət əşyaları ilə yanaşı, mobil telefonlar və Tançalanın adı olan pasport da aşkarlanıb.

Bütün bu əşyalar dəlil kimi götürülüb, evin sahibi də saxlanılıb.

Qeyd edək ki, Tançalan ifadəsində toyda taxılan qızılların "kirayə" olduğunu və toy mərasimindən sonra geri qaytardıqlarını iddia etmişdi.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью