Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Malayziyada yaşayan Reyçel Kaur adlı qadın işə hər gün təyyarə ilə gedib-gəlir.
BAKU.WS xəbər verir ki, qadın hər gün yaşadığı şəhərdən təyyarə Kuala-Lumpura uçur.
O səhər saat 04-00-da yuxudan oyanır. Saat 05-00-da evdən çıxır və 05-55-də təyyarəyə minir. Hər sabah saat 07-45-də artıq iş yerinə çatır.
Kaur bilet pulunu öz cibindən alır. O bunun paytaxt Kuala Lumpurda bir mənzil kirayələməkdən daha ucuz olduğunu vurğulayır.
O işə tez gedib təyyarə ilə də tez gəldiyi üçün uşaqlarına vaxt da ayıra bilir.
Sözügedən hadisə dünyada ilk deyil. ABŞ-nin də bəzi ştatlarında yaşayanlar kirayə baha olduğju üçün bu üsuldan istifadə edir.