Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir. Azərbaycanda mənzil alqı-satqısı müxtəlif üsullarla həyata keçirilir.
Bunlardan biri də kirayə üsulu ilə mənzil sahibi olmaqdır ki, bu da əhalinin fərqli təbəqələri üçün əlçatan imkanlar yaradır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən şəhər mənzilləri sosial layihələrə uyğun olan şərtlərlə vətəndaşlara satılır: “Vətəndaş müəyyən ilkin ödəniş etdikdən sonra, qalan məbləği hər il proporsional olaraq bölünmək şərtilə kirayə məbləği kimi ödəyir.
Kirayə ödənişləri tamamlandıqdan sonra vətəndaş həmin mənzilin mülkiyyətçisinə çevrilir”.
V.Oruc Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən sosial layihələrdən də danışıb: “Bildiyiniz kimi, Yasamal, Hövsan və digər ərazilərdə müvafiq şərtlərə uyğun tikilmiş binalarda vətəndaşlar mənzillə təmin olunurlar.
Təbii ki, bu ərazilərin əhatə dairəsi gələcəkdə genişlənəcək.
Bu proses elektron müraciət əsasında həyata keçirilir və hüquq əldə edən şəxslərə mənzillər verilir.
Bu mənzillər də ilkin ödəniş və aylıq ödənişlər əsasında təqdim olunur.