Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilində qeyd olunub.
Bildirilib ki, yeni tikili mənzillərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr olub. Hər iki seqment üzrə aylıq azalma 1,8 faiz təşkil edib.
Yeni tikili mənzillərin kirayə indeksi 100,0-a enərək baza səviyyəsinə qayıdıb. Köhnə tikililərdə isə indeks 106,3 səviyyəsində qalıb ki, bu da baza dövrü ilə müqayisədə 6,3 faizlik artım deməkdir. Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat olub.