Kirayə yaşadığı mənzildə dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlandı

29.01.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri, Nizami rayonu ərazisində kirayə yaşadığı mənzildə dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 28-i 2000-ci il təvəllüdlü şəxs (kişi) dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bildirilib ki, şəxsə dərhal zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda həmin şəxsin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, Nizami rayonu ərazisində kirayə yaşadıqları mənzildə iki nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Ramazan Məmiyev vəfat edib, İmran Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью