Icma.az, Yenisabah saytına istinadən bildirir.
Kirayə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsində 1 faiz limiti ilə bağlı qayda açıqlanıb.
Bu barədə "Yeni Sabah"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Dominos pizza
Vergi ödəyicisi mənzil kirayəsi haqqını elektron qaimə-faktura əsasında ƏDV ödəyicisi olan kirayəverənə ödədikdə, kirayə haqqının 50 faizi üzrə ƏDV məbləğini əvəzləşdirə bilər.
Lakin il başa çatmadan illik gəlirin 1 faizi həddinin necə tətbiq olunması ilə bağlı sual yaranır.
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, vergi ili ərzində işçilərlə bağlı mənzil xərcləri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirildikdən sonra ilin yekunlarına əsasən həmin xərclərin müəyyən olunmuş normadan artıq olduğu müəyyən edilərsə, normadan artıq hissəyə görə əvvəl əvəzləşdirilmiş ƏDV məbləğləri dəqiqləşdirilməlidir.
Bu halda müvafiq dövrə və ya dövrlərə dəqiqləşdirilmiş hesabat təqdim edilməli, artıq əvəzləşdirilmiş ƏDV məbləği isə hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir.
Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanır.