“Kirayədə qalmağımdan utanmıram” Firuzə İbadova

29.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Mən heç utanmıram, zatən. Nə olar ki, kirayədə qalıram? Nə olar ki, balam yanımdadır, nəvəm isə xaricdə oxumaq üçün şans qazanıb? Üstəlik, dövlət hesabına, ödənişsiz təhsil alacaq. Mənim nəvəm beş dil bilir və mən bununla fəxr edirəm”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri müğənni Firuzə İbadova“Astar” layihəsində deyib:

“Mənim bütün varım, qazancım övladlarımın savadıdır. Qızım Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabitidir. Onunla fəxr edirəm. Tərbiyəli, ziyalı, heç vaxt başımı aşağı etməyən övladım var.

Bəzi insanlara demək istəyirəm ki, savablarınızı mənə verməyin. Mənim evim, var-dövlətim olsaydı, heç düşünmədən əlimdə olanı verib özümə bir ev alardım. İstəyərdim ki, dünyamı dəyişəndə də bilim: övladlarımın başını qoymağa bir damı var, qalmağa evləri var”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью