Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Türkiyənin Kırıkkale vilayətdə işçi servisi ilə minik avtomobili toqquşub.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Kılıçlar kəndində baş verib.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 14 nəfər yaralanıb.
Əraziyə AFAD, yanğınsöndürən, jandarma və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Nigar