Kiril Peçe: “Bizi çətin oyun gözləyir”

24.03.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus millisinin futbolçusu Kiril Peçe sabah Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, oyunçu jurnalistlərin suallarını cavablandırdı:

– Dünənki Portuqaliya və Danimarka matçından kimin sizə rəqib olmasını istəyirdiz?
– Əksəriyyətimiz, Portuqaliyanı istəyirdik. Hətta Kriştiano Ronaldonun penaltini vura bilməməsinə də sevinmişdik. Əfsuslar olsun ki, bu mümükün olmadı.

– Azərbaycana qarşı 2 dəfə oynamısız. Bu gün əvvəlki oyunlara baxanda, nə dəyişib?
– Minskdəki oyun çoxdan olub. Lakin buradakı matçı çox yaxşı xatırlayıram. Rəqibin yaxşı futbolçuları var. Xüsusən, “Qarabağ”ın oyunçuları Avropada çıxış etdikləri üçün böyük təcrübəyə sahibdirlər. Bizi çətin oyun gözləyir.

– Həm klubda, həm də millidə Azərbaycanın əsas sütununu “Qarabağ”ın oyunçuları təşkil edir. Onları təhlil etmək daha asandır?

– İndiki zamanda kimliyindən asılı olmayaraq, istənilən futbolçu haqda kifayət qədər məlumat almaq olur.

– Süni ot örtüklü meydança yoxsa təbii?
– Əlbəttə, təbii ot örtüklü stadion daha yaxşıdır. Ancaq Belarusdakı mövcud şəraitlə əlaqədar olaraq, bütün oyunçular hər iki meydançaya öyrəşiblər.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью