Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
İvanovskaya sözügedən hadisələrə, xüsusilə Prezident Ofisinin rəhbərinin rus dilində danışmasına görə yaranan ictimai rezonansa münasibət bildirib.
Bildirilib ki, Ukrayna rəsmisi müəyyən edilmiş müddət ərzində cəriməni ödəməlidir.
Xatırladaq ki, Ukraynada ilk dəfə belə qanun pozuntusuna görə xəbərdarlıq edilir və ya 3 400 - 5 100 qrivna (təxminən 78-118 ABŞ dolları) məbləğində cərimə tətbiq olunur. Bir il ərzində təkrar pozuntuya görə cərimə 8 500 - 11 900 qrivna (təxminən 195-275 ABŞ dolları) təşkil edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin