Kirill Dmitriyevdən dünya ölkələrinə çağırış

19.03.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Dünya ölkələri enerji portfellərini şaxələndirmək üçün Rusiya enerjisinin vacibliyini artıq anlayır”.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev özünün “X” hesabında yazıb.

O bildirib ki, Rusiya enerjisini almasanız, Darvinin təbii seleksiya nəzəriyyəsi (məhdud resurslar uğrunda mübarizədə mühitə daha yaxşı uyğunlaşan fərdlərin yaşaması və çoxalması, uyğunlaşa bilməyənlərin isə məhv olması prosesidir) sizə kömək edəcək. Dmitriyev Avropa İttifaqını buna nümunə göstərib.

Qeyd edək ki, məhz Kirill Dmitriyev bu fikirləri Yaxın Şərqdə gərginlik fonunda enerji bazarlarında baş verən kəskin bahalaşmanı şərh edərkən səsləndirib. 

Hörmüz boğazı ilə bağlı risklər səbəbindən neft və qaz qiymətləri ciddi artıb, bir sıra ölkələr isə strateji ehtiyatlardan istifadə etməyə başlayıb.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью