Kirillovun qətlinə görə saxlanılan Özbəkistan vətəndaşının terrorçularla əlaqəsi yoxdur

18.12.2024

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun öldürülməsində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı terrorçularla əlaqə saxlamayıb və məsuliyyətə cəlb edilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Özbəkistanın “Özbəkistan-24” telekanalı məlumat yayıb.

Daha əvvəl Özbəkistan Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib ki, terror aktında şübhəli bilinən şəxsin ölkə vətəndaşı olması səbəbindən idarə fəal işləyir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью