Kırım körpüsü bu səbəbdən uçubmuş Hadisə yerindən görüntülər Xəbər saytı Son xəbərlər və Hadisələr

14.11.2024

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Krımın Cankoy rayonunda körpünün uçması həddindən artıq yüklənmiş ağır yük maşınının hərəkəti zamanı baş verib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yük maşınının sürücüsü xəsarət alıb, digər zərərçəkmiş avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Krımda körpünün uçması nəticəsində xəsarət alan iki nəfərdən birinin vəziyyəti ağırdır. Təcili yardımdan sonra iki yaralı Cankoy mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью