Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan keyfiyyətsiz daş dekorla bağlı məhkəmədə qalib gəlib.
Axşam.az xəbər verir ki, Sankt-Peterburq məhkəməsi sənətçinin fərdi sahibkar Georgi Baranovskiyə qarşı qaldırdığı iddianı təmin edib.
Kirkorovun sözlərinə görə, mənzilində quraşdırılan daş məmulatlarında aradan qaldırılması mümkün olmayan qüsurlar aşkarlanıb. Məmulatlarda çatlar, qopmalar və digər zədələr olduğu, quraşdırma işlərinin isə norma və qaydalara ciddi şəkildə zidd aparıldığı bildirilib.
Məhkəmə tərəfindən ekspertiza keçirilib və nəticədə iddia təmin olunub. Qərara əsasən, cavabdehdən qüsurların aradan qaldırılması üçün 16 milyon rubl, müqavilə üzrə dəbbə pulu olaraq 1,5 milyon rubl, cərimə kimi isə təxminən 9 milyon rubl tutulub. Bundan əlavə, 163 min 720 rubl dövlət rüsumunun da ödənilməsi qərara alınıb.
Beləliklə, Kirkorovun lehinə tutulan ümumi məbləğ 26 milyon rubldan (təxminən 520 min manat) çox olub.