Kirkorov Puqaçova ilə evli olduğu vaxtlardan nifrət etdiyi mahnıdan danışdı: Studiyada dava etdik

02.12.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur rusiyalı müğənni Filipp Kirkorov birlikdə yaşadıqları illərdə Alla Puqaçova ilə mahnı üstündə necə mübahisə etdiyindən danışıb.

Ölkə.az Oxu.Az-a istinadən xəbərinə görə, o bu barədə "You Want A Scandal Now?" podkastında xatırladıb.

Kirkorovun sözlərinə görə, evlilikləri zamanı Puqaçova tez-tez onun üçün repertuar seçirmiş. Beləliklə də onlar "Zayka moya" hitinin səsləndirilməsi zamanı studiyada dava ediblər.

"Mən özümü ölkədəki ilk reper hesab edirəm, çünki "Zayka moya" mahnısını ifa etmişəm. Xatırlayıram, o zaman mahnının səsləndirilmə şəkli üstündə çox mübahisə edirdik. Hətta studiyada da dava etdik. Mən hələ də bu mahnıya dözə bilmirəm, nifrət edirəm, amma insanlar xahiş edirlər", - deyə Filipp Kirkorov bildirib.

Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar, boşandıqdan sonra Puqaçova şoumen Maksim Qalkinlə ailə həyatı qurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью