Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Xalq artisti Filip Kirkorov keçmiş həyat yoldaşı, müğənni Alla Puqaçova ilə birlikdə yaşadığı mənzili satıb.
Axşam.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Sənətçi mənzili 10 ildən çox müddətdə satışa çıxarsa da, alıcı tapa bilməyib. Əvvəlcə 200 milyon rubla (təxminən 4 milyon 137 min manat) təklif olunan əmlakın qiyməti sonradan 70 milyon rubla (təxminən 1 milyon 448 min manat) qədər endirilib.
Nəhayət, 2026-cı ilin fevralında mənzil 85 milyon rubla (təxminən 1 milyon 758 min manat) yaşayış sahələrinin alqı-satqısı ilə məşğul olan şirkət tərəfindən alınıb.