Kirkorova görə cərimələnəcəklər Səbəb

29.05.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovun konsert təşkilatçıları cərimələnəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Buna səbəb müğənninin konsertindəki insidentdir. Belə ki, tədbir zamanı o, atəşfəşanlıq nəticəsində aldığı yanıq səbəbindən təcili xəstəxanaya yerləşdirilmişdi. Əgər hadisənin məcburi yanğın təhlükəsizliyi tələblərinin pozulması nəticəsində baş verdiyi müəyyənləşərsə, həm tədbir təşkilatçıları, həm də məkan sahibləri inzibati məsuliyyətə cəlb oluna bilər.

Buna görə cərimə hüquqi şəxslər üçün 400 min rubla (təxminən 8500 manat) çata bilər. Üstəlik, yanğın təhlükəsizliyi tələblərinin pozulması bir insanın sağlamlığına hətta kiçik zərər vurduqda, cərimə artıq 800 min rubla (təxminən 17 min manat) qədər olacaq”, – deyə bildirilib.

Leyla Əlisoy
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью