Kirkorovun malikanəsində yoxlama aparıldı

30.06.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Xalq artisti Filipp Kirkorovun Mayami-Biçdəki malikanəsində yoxlama aparıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, malikanəyə görə ABŞ büdcəsinə təxminən 80 min dollar (136 min azn) pul ödəyəcək.

Məlumata görə, iqamətgah 2011-ci ildən bəri Kirkorova məxsusdur.

Təxminən 1380 kvadratmetrlik əmlak iki evdən ibarətdir. Əsas ev və sərnişin liftləri, hovuz, qaraj, terraslar və spa olan qonaq evi.

Bildirilib ki, ötən il malikanədə aparılan dəyişikliklər nəticəsində bəzi tikililərin sahəsi azalıb. Belə ki, əsas evin birinci mərtəbəsinin sahəsi təxminən 12 kvadratmetr, SPA zonasının sahəsi isə 7,5 kvadratmetrdən 2,8 kvadratmetrədək kiçildilib.

Ümumilikdə 775 kvadratmetrlik villanın yeddi yataq otağı, hovuzu və qolf meydançasına geniş mənzərəsi var.

Qeyd edək ki, müğənni bu villanı 4,2 milyon dollara alıb, 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью