Kirmanda iki etnik bəluc güllələndi

04.06.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İranın Kirman əyalətinin Bəm şəhərində hökumət məmurları 27 yaşlı Məhəmməd Haris Məhəmmədian və 47 yaşlı Məcid Şiruzehi adlı iki etnik bəluca atəş açıb.

Axar.az xəbər verir ki, bununla bağlı Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, pərakəndə yanacaq alverçisi olan Məhəmməd Haris Məhəmmədian yerindəcə ölüb, yaralanan Məcid Şiruzehi isə xəstəxanaya köçürülüb.

Bununla da son 1 həftə ərzində öldürülən etnik bəlucların satı 6-ya çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью