Kiş məbədi 9 ayda 320 min gəlir əldə edib

21.10.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu “Kiş” Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülbəniz Rəsulova deyib.

Onun sözlərinə görə, turistlərin 21 615-i yerli (53,66 faiz), 18 663-ü xarici (46,34 faiz) turistdir. 9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib.

"Xarici turistlər üçün giriş 15 manat, yerlilər üçünsə 2 manatdır. 12 yaşadək xarici turistlərin yanında olanlar, yerli məktəblilər 18 yaşadək pulsuzdur. Cari ilin 9 ayında Kiş” Tarix-Memarlıq Qoruğundan  320 min manatdan artıq vəsait büdcəyə vəsait daxil olub", - Rəsulova vurğulayıb.

Mürtəza 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью