Kişi aborta razı olmayan hamilə arvadını öldürdü

11.10.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada hamilə qadın amansızlıqla öldürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Londonun Uolthemstou rayonunda baş verib.

47 yaşlı Şeyn Març 32 yaşlı sevgilisi Alana Odissosu bıçaqlayaraq öldürüb. Qadın hamiləliyini dayandırmaqdan imtina etdiyinə görə kişi bu addımı atıb.

Qonşular hadisədən əvvəl qadının “mən uşağımı öldürmək istəmirəm” deyə qışqırdığını eşidiblər.
İstintaqın məlumatına görə, cütlük dörd ay davam edən zorakı münasibətdə olub. Qətl idman ayaqqabısının qaytarılması ilə bağlı mübahisədən başlayıb, daha sonra qadının hamiləliyi üzərindən yaranan münaqişəyə çevrilib.

Qatil bıçaqlanmanı etiraf etsə də, qətl ittihamını inkar edir. Hadisənin bütün halları üzrə istintaq davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью