Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Münasibətlərdə hisslərin azalması bəzən açıq etiraflarla deyil, gündəlik söhbətlərdə təkrarlanan ifadələrlə özünü göstərir. Psixoloqlar kişilərin emosional uzaqlaşmasına işarə edə biləcək yeddi ifadəni açıqlayıblar.
Moderator.az "TSN"-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, “Bu barədə sonra danışa bilmərik?”, “Hazırda çox məşğulam” və “Hər şeyi dramatikləşdirirsən” kimi sözlər diqqət tələb edən əlamətlər ola bilər.
Psixoloqların qeyd etdiyi digər ifadələr bunlardır:
“Əvvəllər fərqli idin” – məsuliyyəti qarşı tərəfin üzərinə atmaq cəhdi ola bilər.
“Mənə bir az yer lazımdır” – izahatsız soyuqluqla müşayiət olunarsa, emosional uzaqlaşmanı göstərə bilər.
“Sən çox şey istəyirsən” – partnyorun diqqət və dəstək ehtiyacına qarşı laqeyd münasibətə işarə edə bilər.
“Nə istədiyimi bilmirəm” – bu sözlərdən sonra münasibətlərin gələcəyi barədə söhbətlərdən də yayınmaq narahatlıq yarada bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu ifadələrin heç biri təkbaşına sevginin bitdiyini sübut etmir. Stress, yorğunluq və şəxsi problemlər də insanın davranışına təsir göstərə bilər.
Hisslərin soyuması daha çox diqqətin, təşəbbüsün və emosional yaxınlığın azalması, birlikdə vaxt keçirmək istəyinin itməsi ilə özünü göstərir. Belə hallar davamlı xarakter alarsa, vəziyyəti partnyorla açıq müzakirə etmək tövsiyə olunur.