Kişi arvadını hoteldə başqası ilə tutdu qadının sözləri MAT QOYDU VİDEO

31.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük rezonans doğurub və geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ABŞ-də baş verən hadisədə bir kişi həyat yoldaşını oteldə başqa bir şəxslə yaxalayıb.

Görüntülərdə tərəflər arasında yaşanan dialoq diqqət çəkir. Kişi əsəbi halda həyat yoldaşına olan sevgisindən danışaraq, hətta onun adını kürəyinə döymə etdirdiyini deyir. Qadının isə bu etirafa verdiyi reaksiya hər kəsi təəccübləndirib. O, son dərəcə soyuqqanlı şəkildə "Bunu səndən xahiş edən olub?" sualını ünvanlayaraq, sanki heç nə baş verməmiş kimi davranıb.

Hadisə anında otel əməkdaşlarının da səhnəyə şahid olduğu, onların təəccüb və çaşqınlıqlarını gizlədə bilmədikləri görünür. Sosial mediada yayılan bu kadrları izləyicilər sərt tənqid ediblər.

Video minlərlə baxış toplayıb və xəyanət, münasibətlərdə hörmət və məsuliyyət mövzularında geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью