Kişi avtomobili izdihamın üstünə sürdü Arvadı və qızı da yaralandı

07.06.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

Lent.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

"Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib", - məlumatda deyilir.

İlkin məlumata görə, hadisə zamanı sürücünün 38 yaşlı həyat yoldaşı və 5 yaşlı qızı da yaralanıb.

Sürücü polis tərəfindən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью