Icma.az, Lent az saytına istinadən bildirir. Rusiyanın Moskva vilayətində kişi arvadını diri-diri yandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı Noqinsk sakini Moskva vilayətində saxlanılıb və o, həyat yoldaşını öldürməkdə şübhəli bilinir.
Qeyd olunur ki, kişi arvadı ilə tez-tez məişət məsələlərində mübahisə edib.
Qeyd olunur ki, noyabrın 3-də Moskva vilayətinin sakini növbəti qalmaqala dözməyib, qadına benzin töküb və yataqxanada yandırıb.
Zərərçəkmiş ağır yanıq xəsarətləri ilə reanimasiyaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Hazırda araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.