Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim məşq toplanışı keçəcək

26.08.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.

Boksçular sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью