Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə şəhərində qadın küt alətlə döyülüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İlahə Məmmədova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. O, həyat yoldaşından boşanmaq istədiyini bildirib və nəticədə həyat yoldaşı onu armaturla döyüb. Hadisə zamanı qadın baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.