Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rostov vilayətində kişi evli cütlüyü qaçıraraq qətlə yetirib.
Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Oktyabrın 30-da Rostov-na-Donda şübhəli qurbanları ilə münaqişə yaşayıb və bu zaman onları zorla maşınına mindirib və oradan uzaqlaşıb.
"Daha sonra o, qurbanların bədənlərinə kəsici əşya ilə bir neçə dəfə zərbə endirib. Kişi və qadın aldıqları yaralardan hadisə yerində ölüblər", - məlumatında vurğulanır.
Noyabrın 1-də qurbanların cəsədləri Rostov vilayətinin Aksayski rayonunda "parçalanmış bədən əlamətləri" ilə tapılıb. Şübhəli şəxs saxlanılıb. Ona qarşı iki şəxsin oğurlanması və öldürülməsi ilə bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.