Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan milli komandasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva İdmanxeber.az saytına müsahibə verib.
– Hazırda Antalyada toplanışdasız. Təlim-məşq toplanışı necə gedir? Hal-hazırda “Zenit”lə Antalyada təlim-məşq toplanışındayam.
Hər şey çox yaxşıdır. Hər gün iki dəfə olmaqla məşq edirik. Bugünə kimi 2 yoxlama matçında qüvvəmizi sınamışıq və hər iki oyunda qalib gəlmi
Cəmi bir yoxlama oyunumuz qalıb. Daha sonra Rusiyaya geri dönəcəyik. -Yeni mövsümün startına az qalıb. Gözləntiləriniz nədi?
Yeni mövsümə də ciddi hazırlaşırıq. Oyunların başlamasını səbrsizliklə gözləyirik. -Sizi növbəti mövsümdə başqa komandada görə biləcəyikmi?
Təkliflər varmı? Hazırda “Zenit” klubu ilə müqaviləm var. Amma buna baxmayaraq başqa klublardan təkliflərim çoxdu.
Hələ ki, “Zenit”də davam edirəm. Yalnız müqaviləim sonunda bu məsələyə baxacam.