Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə kişi hamilə arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye vilayətinin Kadirli rayonunda baş verib.
K.F. yaşadıqları evdə iki uşaq anası və 6 aylıq hamilə olan 20 yaşlı arvadı Didar F-lə mübahisə edib. Mübahisə zamanı kişi arvadını döyüb. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. Hadisədən sonra saxlanılan mərhumun həyat yoldaşı K.F. həbs olunub.
Didar F.-nin meyiti atasının yaşadığı Düziçi rayonuna aparılıb və Çamiçi qəbiristanlığında dəfn edilib.