News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu boşanma prosesi ilə bağlıdır.
Sual: Kişi hansı halda arvadını boşaya bilməz?
Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadının razılığı olmadan onun hamiləliyi dövründə və ya uşağın doğulmasından 1 il nüddətində ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Qadın nikahın pozulmasına razılıq verərsə,o halda ər boşanmaq barədə iddia qaldıra bilər.
Nikahın pozulması üçün ilkin olaraq mediasiyaya müraciət etmək tələb olunur.Mediasiya xərci 60 AZN,məhkəmə üçün dövlət rüsumu 50 AZN təşkil edir.