Kişi heç ailə sirrini efirə çıxarar? Afaq Bəşirqızı

03.02.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Baş verən cərəyan məni çox çaşdırır. Gəncləri, gələcəyi düşünürəm. Çünki gələcəyimiz gənclərdir, dünyanı idarə edən insanlardır. Ona görə də gördüyüm hadisələrdən, oxuduqlarımdan, rastlaşdıqlarımdan çox qorxuram”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Pərvizə görə”də deyib. 

O, cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını dilə gətirib:

“Mənə elə gəlir ki, milli mentalitet və qeyrət sözü artıq simvolik olacaq. Sən Azərbaycan kişisi dedin, mütrifi demədin. Kişi heç öz ailə sirrini efirə çıxardar, efirdə danışar? Ailə məsələsini camaatın qarşısında ictimailəşdirməz. Özü də harada? Verilişlərdə”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью