Icma.az bildirir, Sia Az portalına istinadən. ”“Kişi kimi qadın” ifadəsi, cəmiyyətdə qadınların güclü, sərt və müstəqil xüsusiyyətlərini təs
Bu termin, ənənəvi qadın obrazlarından fərqli olaraq, daha cəsarətli, iradəli və öz yolunu seçən qadınları ifadə edir.
Bəzi insanlar üçün bu, bir qadının ənənəvi olaraq qəbul edilmiş qadınlıq xüsusiyyətlərini aşması deməkdir.
Amma əslində, bu anlayış, qadınların öz şəxsiyyətini sərbəst şəkildə ifadə etməsi və həyatlarını istədikləri kimi yönləndirmələri ilə əlaqəlidir”.
Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə mütəxəssis İlkin Hüseynov deyib.
İlkin Hüseyn sözlərinə belə davam edib: ““Kişi kimi qadın” deyildikdə, çox vaxt güclü və müstəqil xarakterlər nəzərdə tutulur.
Bu qadınlar, heç bir cəmiyyətdəki məhdudiyyətlərə boyun əyməyib, öz istəkləri ilə irəliləyirlər.
Onlar iş dünyasında lider mövqelərdə yer alır, şəxsi həyatlarındaysa cəsarətli seçimlər edirlər.