Kişi mişarla boğazını kəsdi

12.03.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyevin Peçersk şəhərində ağac budaqlarını kəsmək üçün mişardan istifadə edən şəxs alətlə təsadüfən boynunu kəsib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə 
Kiyev polisinə istinadən xəbər verilib.

Qeyd olunur ki, hadisə ötən həftə sonu qeydə alınıb.

“1978-ci il təvəllüdlü kişi ağacı budayarkən ehtiyatsızlıqdan mişarla özünə xəsarət yetirib, nəticədə dünyasını dəyişib”, - hüquq-mühafizə orqanlarından bildirilib.

Kişi çoxlu qan itirib və həkimlər gələnə qədər həyatla bir araya sığmayan xəsarətlərdən dünyasını dəyişib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью