Kişi müəllimlər məktəblərə geri qayıtmalıdır Ekspertdən ÇAĞIRIŞ

09.02.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi 28 yaşlı riyaziyyat müəllimi olan Şəhla Kamilovanı boynundan güllələyib. Təhsil ocağında baş verən bu dəhşətli hadisədən sonra məktəblərlə bağlı bir sıra çağırışlar edilir. Bəzi təhsil işçiləri, ekspertlər bildirirlər ki, məktəblərdə kişi müəllimlər ya azdır, ya heç yoxdur və bu hal şagirdlərin davranışlarına müəyyən təsirlər göstərir. Qadın müəllimlər nadinc şagirdlərin öhdəsindən gələ bilmirlər və bu səbəbdən kişi müəllimlərin çoxluğuna böyük ehtiyac var.   

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən təhsil eksperti Kamil Talıbov bildirdi ki, "İdrak" liseyində atılan güllə sadəcə Şəhla müəllimə deyil, bütün Azərbaycan müəlliminə atılıb:

"Düşünürəm ki, bunun özəl və ya dövlət müəssisəsində baş verməsinin heç bir fərqi yoxdur. Bu cinayətdə başlıca günahkar təhsil sistemidir. Müəllim nüfuzunu yerlə bir edən şagirdyönümlü təhsil sistemidir. Bu gün orta məktəblərdə vəziyyət "İdrak" liseyindən daha betər vəziyyətdədir. Müəllimin nüfuzunu geri gətirmək lazımdır. Kişi müəllimlər məktəblərə geri qayıtmalıdır, çoxluq təşkil etməlidir.  Bu gün "İdrak" liseyi, sabah orta məktəblər. Bu hadisə digər məktəb şagirdlərinə artıq güc verməyə başlayıb. Artıq məktəblərdə hədsiz şagirdlər gənc qadın müəllimlərə "gördünüz, müəllim, ağıllı olun" kimi sözlər deməyə başlayıb. Vəziyyət düşündüyümüzdən də ağırdır. Təcili olaraq məktəblərin hər birində yoxlamalar aparılmalı, mühafizə və nəzarət gücləndirilməlidir.”

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью