Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rovir və Virxiliy Universitetinin (İspaniya) alimləri sübut edir ki, bəzi məhsullar kişi orqanizminə Viaqradan da güclü təsir edir - potensiyanı və cinsi meyli xeyli artırır.
Həmçinin Viaqradan fərqli olaraq bu məhsullar orqanizmə yalnız müsbət təsir edir.
Nəzərinizə çatdıraq ki, Viaqra və ona oxşar preparatların bir çox əks-göstərişləri və yanaşı təsirləri var (baş ağrısı, görmə və eşitmənin pozulması, təzyiqin artması, aritmiya və s.).
Ürək-damar sistemi xəstə olanlarda, yaşlı kişilərdə Viaqranın qəbulu infarkta səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq potensiyanın yaxşılaşdırması üçün təbii vasitələrin istifadə daha məqsədəuyğun sayıla bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniya alimləri keçirdiyi eksperimentdə yaşı 18-35 arası olan 120 kişi iştirak edib.
Eksperiment nəticəsində məlum olub ki, potensiyanı gücləndirən ən yaxşı məhsullar badam, fındıq və qozdur.