Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şotlandiya alimləri 21-64 yaş arası 580 kişi iştirakı ilə maraqlı eksperiment aparıblar.
Alimlər eksperiment zamanı viaqranın təsirinə oxşayan təbii vasitəni tapmağa çalışıblar.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, belə vasitə tapılıb.
Məlum olub ki, adi nar şirəsinin müntəzəm qəbulu kişi orqanizminə məşhur Viaqra kimi təsir edir.
Analizlər göstərib ki, 2 həftə ərzində hər gün nar şirəsini içən kişilərdə testosteronun səviyyəsi 2 dəfə artıb.
Testosteron kişi orqanizmində o cümlədən cinsi aktivliyinə cavabdeh olan hormondur.
Eksperiment iştirakçıları qeyd ediblər ki, nar sirəsinin qəbulundan bir müddət sonra onlarda cinsi həvəs xeyli artıb.