Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Tanışlıq münasibətlərində “şahzadə kimi davranılmaq” adlandırılan yeni tendensiya populyarlaşır. Bəzi kişilər qadınların onların şam yeməyinin pulunu ödəməsini, görüşlərə avtomobillə aparmasını, hədiyyələr verməsini və onlara xüsusi diqqət göstərməsini gözləyirlər.
Bizim.Media xəbər verir ki, “Cosmopolitan” jurnalının jurnalisti Səyyada Xoula Səəd belə kişiləri “şıltaq” adlandırıb.
Ekspertlər qeyd edirlər ki, bu cür gözləntilərə hər iki cinsin nümayəndələri arasında rast gəlinir. Sosial şəbəkələr isə kimin kimə diqqət və hədiyyələrlə qayğı göstərməli olduğu barədə mübahisələri daha da qızışdırır.
Onların fikrincə, sağlam münasibətlər imtiyaz uğrunda rəqabətə deyil, qarşılıqlı münasibətə və qayğıya əsaslanır.
Bizim.Media