Kişi şahmatçılarımız qitə çempionu ola biləcək?

14.10.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Batumidə (Gürcüstan) təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşünü keçiriəcək. Sport24.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Yığma bu gün qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığma komandası 2009, 2013 və 2017-ci illərdə qitə çempionu adını qazanıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью