Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib

23.09.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın kişilərdən ibarət milli komandası Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yeddinci turda yığmamız Yunanıstanla qarşılaşıb. Görüş Azərbaycan millisinin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Aydın Süleymanlı, Məhəmməd Muradlı və Rauf Məmmədov rəqiblərinə qalib gəliblər. Birinci lövhədə Şəhriyar Məmmədyarov Nikolas Teodoru ilə heç-heçə edib.

Qeyd edək ki, yığmamız altıncı turda Argentinanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu “Quba Open 2026”ya yekun vurulub “Əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq” AŞF-in prezidenti milli üzvləri ilə görüşüb “Quba Open 2026”ya start verilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью