Kişi sürücülərin ölümcül qəza riski qadınlardan 62% yüksəkdir ARAŞDIRMA

22.06.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Alimlərin araşdırmasına görə, kişi sürücülər qadınlarla müqayisədə daha çox yol-nəqliyyat hadisəsinə qarışır və daha ağır qəzalara səbəb olurlar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, kişilər ildə orta hesabla 6,1 milyon, qadınlar isə 4,4 milyon yol qəzası törədir.

Kişilər ümumi sürüş məsafəsinin təxminən 62 faizini qət etsələr də, qəzaların daha böyük hissəsinə görə məsuliyyət daşıyırlar.

Araşdırma göstərir ki, ölümcül yol qəzalarının 70-75 faizindən çoxunda kişi sürücülər iştirak edir. Mütəxəssislərin məlumatına görə, kişilərdə ölümcül qəza riski qadınlarla müqayisədə 60-62 faiz daha yüksəkdir.

Ekspertlər bunun əsas səbəbləri kimi sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi, təhlükəsizlik kəmərindən istifadə olunmaması və aqressiv sürücülük davranışlarını göstərirlər.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью