Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü

12.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyənin Kocaeli bölgəsində yaşayan kişi evində təmizlik edərkən dünyasını dəyişib.

Axar.az Publika.az xəbər verir ki, 46 yaşlı Yener Uzun adlı şəxs ağardıcı ilə yuyucu tozu qarışdıraraq təmizlik edib.

Yaranan məhlulun kimyəvi qazından zəhərlənən Uzun xəstəxanaya çatdırılıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью